Minskdə “Birliyin mədəni paytaxtları” proqramı müzakirə olunacaq

Minskdə “Birliyin mədəni paytaxtları” proqramı müzakirə olunacaq
18:28 8 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 8 dekabr, AZƏRTAC
Dekabrın 9-10-da Belarusun paytaxtında “Birliyin mədəni paytaxtları” Dövlətlərarası Proqramı haqqında Əsasnaməyə dəyişiklər edilməsi barədə qərar layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.
Xatırladaq ki, bu il mayın 29-da Moskvada MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının iclası keçirilib. İclasda Əsasnaməyə dəyişikliklərin məqsədəuyğunluğu haqqında qərar qəbul edilib.
Gözlənildiyinə görə, qərarın mətni ekspert iclası gedişatında tamamlanacaq və razılaşdırılacaq, sonra müəyyən edilmiş qaydada baxılması üçün MDB Dövlət Başçıları Şurasına təqdim ediləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Minskde_Birliyin_medeni_paytaxtlari_proqrami_muzakire_olunacaq-909426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR