Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Brent”in bir barreli 40 dollardan aşağı satılıb

“Brent”in bir barreli 40 dollardan aşağı satılıb

Date: 8 December 2015 19:23


Bakı, 8 dekabr, AZƏRTAC
“Brent” markalı neftin bir barreli 2009-ci ildən bu vaxtadək ilk dəfə 40 dollardan aşağı satılıb.
AZƏRTAC xəbər verir ki, dünya birjalarında neftin qiymətləri kəskin ucuzlaşmaqda davam edir. “Layt” markalı neftin bir barreli 2009-cu il fevralın 19-dan bu vaxtadək ən ucuz qiymətə - 36,70 dollar olub. “Brent” markalı neftin bir barrelinin qiyməti isə 2009-ci ilin fevralından bu yana ilk dəfə 40 dollardan aşağı satılıb.
“Commerzbank” bu gün nəşr etdiyi hesabatında 2016-ci il üzrə “Layt” markalı neftin orta qiymətini 53 dollar/barrel, “Brent” neftinin isə orta qiymətini 56 dollar/barrel olaraq proqnozlaşdırıb.
 

Tags:  Brentin barreli 40 dollardan aşağı satılıb


RƏYLƏR


Top news