Dənizdən qızının nişanına gələ bilməyən ata

Dənizdən qızının nişanına gələ bilməyən ata
20:36 8 Dekabr 2015
204 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də Xəzər dənizində baş vermiş iki faciədə itkin düşmüş Cavad Xudaverdiyev və Edik Rzaxanovun ailələri onlardan səbirsizlklə xəbər gözləyir. Faciəni xüsusi diqqətində saxlayan əməkdaşımız Aytəkin Alxaslı həmin ailələrdə olub.



Xaçmazın Əbilyataq kənd sakini, 44 yaşlı Cavad Xudaverdiyev dekabirin 4 də Neft Daşlarında baş verən faciəli hadisədən sonra itkin düşən 3 nəfərdən biridir. Onun ailəsi də göz yaşı içində, səbrsizliklə, qapıya baxa-baxa, ümidini üzməyə-üzməyə Cavaddan bir xəbər gözləyir. Çəkiliş qrupu onun evində olarkən içəridə çoxlu izdiham olub. Nəzərləri çəkiliş qrupuna dikilən hər kəs "Cavaddan bir xəbər varmı?" deyə soruşub. Anası Səmayə, həyat yoldaşı Şəhla,10 yaşlı oğlu Sənan Cavadı necə gözlədiyini təsəvvür etmək mümkün deyil.





"Balalarıma anlada bilmirəm, balalarıma cavab verə bilmirəm. Xahis edirəm axtarışlar davam etsin. Balamı tapib gətirin, balamı istəyirəm",- deyə anası Səmayə Xudaverdiyeva bildirib.


Həyat yoldaşı Şəhla Xudaverdiyeva isə deyir: "Ayin 4-ü saat 11-ə işləmiş zəng elədi. Axırıncı dəfə səsisni onda eşitmişəm, 5 gundur səsinə həsrətəm". Oğlu Sənan Xudaverdiyev də atasını istəyir: "Neylyirsiz eləyin, mənim atamı gətirin. Mən atam üçün darıxmışam".

Axırıncı dəfə kənddə noyabrın 22- də olan Cavad Xudaverdiyev Qarabağ müharibəsi iştirakçısı olub. Ailə dekabirin 9-da Cavadin böyük qızının nişanına hazırlaşırmış.



Xaçmazda dəniz itkisindən xəbər gözləyən daha bir ailə isə Xudat şəhərində yaşayır. Günəşli yatağında baş verən bədbəxt hadisənin qurbanlarından biri də 3 qız atası 32 yaşlı Edik Rzaxanovdur. Edikin atası neçə gündür oğlundan ümidverici xəbər gözləyir.



"Gəlməsə də, gəlsə də balamı mənə təqdim eləsin. Gozləyirəm yenə"- deyə Edik Rzaxanovun atası Rivazin Rzaxanov bildirib.

Hamı ümid edir ki, dəniz sularının yoxa çıxardığı bu iki neftçidən bir xəbər olacaq.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR