Ödəniş terminallarına nəzarət zəifdir - VİDEO

Ödəniş terminallarına nəzarət zəifdir - VİDEO
21:22 8 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Ödəniş terminalları istər vaxt baxımından, istərsə də rahatlıq cəhətdən həyatımızı yüngülləşdirir. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  bir çox ödənişləri eyni terminaldan asanlıqla həyata keçirmək mümkündür. Bəzən isə bu terminallarda ödənişdən sonra qəbz çap olunmur. Problemlər də məhz bundan sonra  başlayır.

Müsahibimizin də başına gəldiyi kimi, bəzən ödəniş qəbzi çıxmır və ya ödəniş həyata keçirilmir. Bu cür hallar çox vaxt terminalda qəbz kağızının bitməsindən irəli gəlir. Ölkədə  bu istiqamətdə  2 şirkət fəaliyyət  göstərir. Onlardan  birinin nümayəndəsi  Şahin Səmədlinin sözlərinə  görə, gün ərzində  2000  terminaldan yalnız  600-nə nəzarət etmək mümkün olur. Buna görə də bəzi terminallarda belə hallara rast gəlinir. 

Nəzərə alsaq ki, terminallarda kommunal və bank ödənişləri üçün böyük məbləğlər də ödənilir, deməli bu ödənişlər zamanı da qəbz olmasa ödənişin sübutunda problem yarana bilər.

Ödəniş terminallarının nümayəndələri isə daxil edilən heç bir məbləğin itmədiyini deyirlər. Sadəcə olaraq qəbz çıxmayanda və ya ödəniş həyata keçməyəndə monitordakı qaynar xətt nömrəsinə zəng etmək lazımdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR