Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ölkə iqtisadiyyatına kredit qoyuluşları azalıb

Ölkə iqtisadiyyatına kredit qoyuluşları azalıb

Date: 8 December 2015 21:52

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2015-ci il noyabrın 1-nə 21 330,9 mln. manat təşkil edib. Bu, oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 291,6 mln. manat və ya 1,3% azdır. Mərkəzi Bankın (AMB) rəsmi hesabatına görə, ilin əvvəli ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 928,6 mln. manat və ya 4,6% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə artım 1 658,8 mln. manat və ya 8,4% olub. 

Qeyd edək ki, bu, 2015-ci il ərzində baş verən ardıcıl 8-ci aylıq azalmadır. Yeganə artım fevralda - manatın devalvasiyası zamanı baş verib.

Qeyd edək ki, fevralda iqtisadiyyata kredit qoyuluşlarında baş verən artımda (11,8%) manatın devalvasiyasının ciddi təsiri olub. Çünki iqtisadiyyata kredit qoyuluşlarının bir hissəsi xarici valyutada həyata keçirilib. Milli valyutanın fevral devalvasiyası isə öz növbəsində həmin göstəricinin manat ekvivalentində artmasına səbəb olub. 
"Zaman Azərbaycan"


Tags:  Ölkə iqtisadiyyatına kredit qoyuluşları azalıb


RƏYLƏR


Top news