Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Kərimlinin müavini saxlanıb

Əli Kərimlinin müavini saxlanıb

Date: 8 December 2015 21:56

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə AXCP-dən xəbər verilib. Məsələ barədə Qəhrəmanlının həyat yoldaşı, yazıçı Zümrüd Yağmur da sosial şəbəkədə məlumat yayıb.

Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə İdarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib. Bundan sonra o, rəsmi dəvət - çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.


Əli Kərimli və Fuad Qəhrəmanlı

F.Qəhrəmanlının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində sorğu sual olunduğu ehtimal olunur. AXCP-dən verilən məlumata görə, Qəhrəmanlının saxlanması Nardaran hadisələri ilə əlaqədardır.

Tags:  Əli Kərimlinin müavini saxlanıb


RƏYLƏR


Top news