Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rusiyalı jurnalistlər Türkiyədən qovuldular

Rusiyalı jurnalistlər Türkiyədən qovuldular

Date: 8 December 2015 22:37

Türkiyə "Rossiya 1" telekanalının jurnalisti Aleksandr Buzaladze çəkiliş qrupunu deportasiya edib. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ümumrusiya dövlət teleradio şirkətinin mətbuat xidmətindən bildirilib.  
 
Məlumata görə, rəsmi Ankara Rusiya səfirliyinin qərarın səbəblərinə dair sorğusuna cavab verməkdən imtina edib. "Jurnalistlər Suriya ilə həmsərhəd Hatay əyalətindən qonşu Qazıantep əyalətinə yollanarkən saxlanılıblar", deyə məlumatda bildirilir.  
 
"Xüsusi müxbir" verilişinin jurnalistlərinin mülki geyimli naməlum şəxslər tərəfindən saxlanıldığı bildirilir. Rusiya telekanalı iddia edir ki,  jurnalistləri saxlayan şəxslər özlərini təqdim etməkdən və sənədlərini göstərməkdən imtina ediblər.  
 
Dekabrın 7-də saxlanılan rusiyalı jurnalistlər  polis bölməsinə aparılıb. Burada onlara Türkiyə Respublikası ərazisində xarici jurnalistlərin fəaliyyətinə dair  qanunvericiliyini pozduqlarına görə  ölkədən deportasiya edilmələri barədə qərar verildiyi bildirilib.   
 Milli.Az


Tags:  Rusiyalı jurnalistlər Türkiyədən qovuldular


RƏYLƏR


Top news