Dəmir 5 dəfə ucuzlaşdı

Dəmir 5 dəfə ucuzlaşdı
07:52 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Neftin ucuzlaşması qlobal metal bazarına da təsirsiz ötüşməyib.

"Brent" markalı neftin qiymətində müşahidə olunan düşüş qlobal metal bazarına da təsirsiz ötüşməyib.

Milli.Az anpress-ə istinadən bildirir ki, dəmir filizinin bir tonunun qiyməti son 10 ildə ilk dəfə rekord həddə aşağı düşərək 39.60 dollar təşkil edib.

Dəmirin tonu 2011-ci ildə 200 dollar idi.

Vəziyyətdən ən çox zərər çəkən "Anqlo Amerikan" mədən şirkəti olub. Böyük Britaniya fond birjasının aparıcı indeksi olan Futsi 100-də şirkətin səhmləri 12.3 faiz düşüb.

Neftin qiymətinin düşməsinə səbəb qlobal neft hasilatının 30 faizini təmin edən OPEK təşkilatının hasilatı azaltmaqdan imtina etməsi olmuşdu.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/388785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR