Göyçayda gənclərlə dini icma nümayəndələrinin görüşü olub

08:03 9 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 9 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə “Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” mövzusunda tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, dini icma nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilən toplantıda rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova Göyçayda fəaliyyət göstərən dini icmalar haqda məlumat verib. O, qeyd edib ki, dövlət qeydiyyatına alınan dini icmalar hərtərəfli qayğı ilə əhatə olunublar. R.Rəcəbova dini icmalarla rayon gəncləri arasında sıx əməkdaşlığın olduğunu vurğulayıb.
TUMİB sədri Çingiz Bayramov bildirib ki, əsas məqsəd radikalizmə qarşı mübarizədə gənclərin və dini icmaların birgə əməkdaşlığını təmin etmək, multikultural dəyərləri yaymaq, dini maarifçilik işini gücləndirməkdən ibarətdir. Ç.Bayramov yeniyetmələrin yad ideologiyaların təsiri altına düşməməsi üçün valideynlərin onların üzərində nəzarəti artırmasının vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, gənclərin radikal dini təriqətlərin təsiri altına düşməsinin qarşısını almaq üçün bütün sağlam qüvvələr səfərbər olunmalıdır.
Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Azərbaycanda dini radikalizmə qarşı effektiv mübarizə aparılır. İman sahiblərini bu cür hallara qarşı daha çox səy göstərməlidirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_genclerle_dini_icma_numayendelerinin_gorusu_olub-909514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR