Putindən təhqir kimi hədiyyə

Putindən təhqir kimi hədiyyə
08:22 9 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

RF prezidenti naziri ad günü mwnasibəti ilə təbrik edib.

Rusiya prezidenti Vladimir Putin ölkənin idman naziri Vitaliy Mutkonu ad günü münasibəti ilə təbrik edib və ona ingilis dilini öyrənmək üçün kitab hədiyyə edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Putin hədiyyəni idmanın inkişafı üzrə Prezident Şurasının və "Rusiya-2018" Təşkilat Komitəsinin Müşahidə Şurasının birgə təşkil edilmiş iclasının açılışında edib.

"Görüşümüzü xoş bir hadisə ilə başlamaq istəyirəm - bu gün Vitaliy Leontyeviç Mutkonun ad günüdür, onu bu münasibətlə təbrik edirəm, - RF prezidenti deyib. - Vitaliy Leontyeviç təkcə futbol yox, ümumiyyətlə bizim idmanı beynəlxalq aləmdə təmsil edir. Bu səbədən ona ingilis dilini öyrənmək üçün kitab hədiyyə edirəm, və bu dili öyrənməkdə uğurlar arzulayıram", - Putin deyib.

Bundan sonra Rusiya prezidenti Mutkoya hədiyyəni verib. 

Qeyd edək ki, Vitaliy Mutkonun 57 yaşı tamam olub. İdman nazirinin ingilis dilində söylədiyi bir neçə cümlə onu dünyaca məşhur edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR