Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ yaxasını kənara çəkdi

ABŞ yaxasını kənara çəkdi

Date: 9 December 2015 08:32

Bağdad və Ankara Türkiyə ordusunun İraqın şimalında yerləşdirilməsi məsələsini özləri həll etməlidir. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
 
"Bizim inanırıq ki, bu məsələdə ən yaxşı yol - Türkiyə və İraqın qarşılıqlı şəkildə birgə çalışmasıdır. Onların arasında artıq diskussiyalar keçirilir", deyə Kirbi Rusiyanın bu məsələni BMT TŞ-nın müzakirəsinə çıxarmaq təşəbbüsünə şərh verərkən bildirib.   
 
"Bu problem Türkiyə və İraq arasındadır, onlar bunu nizamlamalıdırlar. Müdafiə nazirləri səviyyəsində danışıqların keçirilməsindən məmnunuq. Biz istərdik bu danışıqlar davam etdirilsin", deyə o əlavə edib.   
Milli.Az


Tags:  ABŞ yaxasını kənara çəkdi


RƏYLƏR


Top news