Gənclərə sosioloji araşdırmalar üzrə “Master-klass” keçirilir

08:38 9 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Bakıda Azərbaycan Gənclər Fondunun maliyyə yardımı və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilati dəstəyi ilə gənclərə sosioloji araşdırmalar üzrə “Master-klass” təlimləri keçirilir.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi rəy sorğularına əsaslanan tədqiqat işlərinə marağın artırılması və gənclər arasında internet üzərindən rəy sorğularının keçirilməsinin həvəsləndirilməsi kimi öhdəliklər durur.
“Master-klass” təlimləri gənclərə internet vasitəsilə anket sorğularını keçirməyə imkan verəcək. Gənclər tərəfindən keçirilən bütün sosioloji araşdırmalar ekspertlər tərəfindən qiymətləndiriləcək və bağlanış mərasimində ən yaxşı tədqiqatçı gənclər mükafatlandırılacaq.
Qeyd edək ki, “Master-klass” təlimlərinə qatılmaq üçün ayfproject@gmail.com ünvanına CV ilə müraciət edə bilərsiniz. İştirak ödənişsizdir. Bütün təlim iştirakçılarına sertifikat verilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genclere_sosioloji_arasdirmalar_uzre_Master_klass_kechirilir-909518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR