Bu gün neftçilərin axtarışı dayandırıla bilər

Bu gün neftçilərin axtarışı dayandırıla bilər
09:21 9 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər dənizindəki Dövlət Neft Şirkətinə məxsus "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşən neftçilərin axtarışları davam etdirilir.

Yaradılmış xüsusi qərargahdan ANS PRESS-ə verilən məlumata görə, səhər saatlarından axtarışlara başlanılıb. Lakin hələlik heç kimin cəsədini tapmaq mümkün olmayıb. Hələlik müşahidə edilən yağışlı hava şəraiti axtarışlara mane olmur.

"Axtarışların aparılıb-aparılmayacağı havadan asılıdır. Hələlik əməliyyat 4 helikopterin iştirakı ilə davam edir. Gecə boyu ərazidə gəmilər olub. Lakin hava kəskin dəyişsə axtarışlar müvəqqəti dayandırıla bilər".

Platformada yanğın da hələ söndürülməyib.

"Günəşli” yatağında baş vermiş yanğın nəticəsində itkin düşən 29 nəfər neftçidən 6-sının cəsədi dekabrın 7-də tapılıb. Onlar platformadan 65-70 kilometr aralıda tapılıb.

Babayev Mikayıl İsmayıl oğlu - 52 yaş
Mayılov Samir Cahangir oğlu - 31 yaş
Quliyev Fəxrəddin Xancan oğlu - 58 yaş
İsgəndərov Habil Tağı oğlu - 55 yaş
Tağıyev Fuad Tahir oğlu - 34 yaş
Mahmudov Ağa İzzət oğlu 47 yaş

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov ötən gün keçirilən mətbuat konfransında deyib ki, SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.

Baş mühəndis qeyd edib ki, dekabrın 9-dan etibarən hava şəraiti kəskin pisləşir və bu səbəbdən itkin düşən neftçilərin axtarışları müvəqqəti dayandırıla bilər: "Helikopterlərlə axtarışların aparılmasına dair qərarı Fövqəladə Hallar Nazirliyi verir. Gəmilərlə axtarış hava şəraitinin kəskin pisləşməsi səbəbindən müvəqqəti dayandırıla bilər. Özüllərdə, idarələrdə iş qrafiki küləyin sürətinə uyğunlaşdırılacaq".

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:

1 Qasımov İman Şura o. 01.12.1967
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3 Rzaxanov Edik Rivazin o. 15.01.1983
4 Babazadə Tural Fətəli o. 01.09.1993
5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8 Abdullayev Adil Ələkbər o. 19,02,1953
9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12 Niyazov Seyfəddin Abil o. 09.02.1968
13 İskəndərov İnqilab Osman o. 29.11.1957
14 Mayborda Oleq Akimoviç 21.11.1971
15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
16 İbrahimov Xalid Bəşir o. 12.08.1971
17 Həsənov Zaur Vahid o. 24.12.1975
18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21 Xəlilov Zaur Arif o. 15.09.1975
22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
23 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR