"Günəşli" yatağındakı alov güclənib

"Günəşli" yatağındakı alov güclənib
09:42 9 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az-ın əldə etdiyi məlumata görə, "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə dekabrın 4-də başlayan yanğını söndürmək hələ də mümkün olmaylb.

Hələlik özüldə alovun ram edilməsi məqsədilə aparılan əməliyyatlar gözlənilən nəticəni vermir. Əksinə, alov ötən gecə saat 02:20 radələrində daha da şiddətlənib. Qəzanın nəticələrinin aradan qaldırılması uğrunda tədbirlərin görülməsi davam etdirilir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, "Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində hələlik 7 nəfərin həlak olduğu, 23 nəfər itkin düşdüyü bildirilir. İtkin düşmüş şəxslərin axtarışı davam etdirilir.
 

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR