Dövlət Sosial Müdafiə Fondunun sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Qəbələdə vətəndaşları qəbul edəcək
11:23 9 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev dekabrın 16-sı saat 11:00-da Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, qəbul Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində təşkil olunacaq.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Qəbələ rayon şöbəsində (02420) 5-06-99
Ağdaş rayon şöbəsində (02023) 5-50-28
Göyçay rayon şöbəsində (02027) 4-21-35
Ucar rayon şöbəsində (02021) 3-01-17
Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Sosial_Mudafie_Fondunun_sedri_Qebelede_vetendaslari_qebul_edecek-909535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR