Azərbaycanda insanlar arasında "donuz qripi"nə yoluxma ilə bağlı müayinələrin aparılması işinə tam hazırlıqlı vəziyyətdəyik.
Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev bildirib.
Onun sözlərinə görə, yoluxma ilə bağlı laborator müayinələrin aparılması bu quruma həvalə edilib.
R.Abdullayev müayinələrin aparılması üçün kifayət qədər reaktivlərinin olduğunu, laborator şəraitlərinin bu müayinələrin təşkilinə imkan verdiyini də söyləyib: "Laboratoriya, işçilər bu müayinələrin aparılmasına tam hazır vəziyyətdədir. Əgər bir hadisə baş versə, nümunənin qəbul olunması üçün hazırıq".
Milli.Az