Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşasını təqdim edib

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşasını təqdim edib

Date: 9 December 2015 13:28


Sumqayıt, 9 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Əli Əmirlinin “İyirmi ildən sonra” psixoloji dramı əsasında hazırlanan tamaşa sumqayıtlılara təqdim olunub.
Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, aktyor həyatına həsr olunan əsərdə vaxtilə baş rolların ifaçısı olmuş Otello yoxsulluğun, maddi sıxıntının girdabında əziyyət çəkir. Həyat yoldaşı İşıq xanım nəinki ona mənəvi dayaq olmur, hətta xaricdə səfirlikdə işləyən birinə qoşulub gedir. Hadisələrin inkişafı gərgin dramatik həddə çatır. Amma son anda İşıq xanım pulun, mal-dövlətin heç də bir çox duyğuları əvəz edə bilməyəcəyini anlayır və peşmançılıq hissi keçirir...
Tamaşanın quruluşu teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmova məxsusdur. Rollarda əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, aktyorlar Cəlal Məmmədov, Xatirə Süleymanova, İlham Səfərli, İlahə Vilayət qızı, Şəmistan Süleymanlı və Vaqif Səmədzadə çıxış edib.

Tags:  Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşasını təqdim edib



RƏYLƏR


Top news