Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da AŞPA Monitorinq Komitəsində avstriyalı deputat Stefan Şennak Azərbaycan üzrə yeni məruzəçi təyin edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.
Avstraliyalı deputat Polşa təmsilçisi Tadeuş İvinskini əvəz edəcək.