Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Telekom”-“Drezdner” voleybol oyununun hakimləri müəyyənləşib

“Telekom”-“Drezdner” voleybol oyununun hakimləri müəyyənləşib

Date: 9 December 2015 14:43


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 10-da Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında dördüncü oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, “Telekom” komandası “Sərhədçi” Olimpiya İdman Mərkəzində Almaniyanın “Drezdner” komandasını qəbul edəcək. Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən qarşılaşmaya rusiyalı Yevgeni Makşanov və bolqarıstanlı İlian Georgiev təyinat alıblar.
Çempionlar Liqası yarışlarının “E” qrupunda yer alan “Telekom” keçirdiyi hər üç görüşündə meydandan məğlub ayrılıb.
 

Tags:  Telekom-Drezdner voleybol oyununun hakimləri müəyyənləşib


RƏYLƏR


Top news