Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Leyla Ramazanlı xaricdə FOTOSESSİYAya çəkildi

Leyla Ramazanlı xaricdə FOTOSESSİYAya çəkildi

Date: 9 December 2015 15:12

Gənc ifaçı Leyla Ramazanlı yeni fotosessiyası ilə gündəmə gəlib. İfaçı yeni fotosessiyasını xarici ölkələrin birində reallaşdırıb.

Müxtəlif geyimlərdə kamera qarşısına keçən Leyla Ramazanlı geyimlərinin üzərində bacısı Xavərin işlədiyini deyib. Sənətinin daima yenilik tələb etdiyini vurğulayan müğənni getdiyi ölkənin adını sirr saxlamağı üstün tutur. O, həmçinin də  yaxın zamanlarda tamaşaçılarını sevindirəcəyini də bildirib.  

Müğənni yeni mahnı üzərində çalışır.  "Azərbaycan" adlanan mahnının sözləri Arzu Əsədovaya, musiqisi isə İsmayıl Əsədova məxsusdur.  Mahnı üzərində son hazırlıqların getdiyini deyən Leyla Ramazanlı Milli.Az-a açıqlamasında bu mahnının vətənimizə həsr olunduğunu bildirdi. O hesab edir ki, hər bir ifaçının repertuarında onun doğulub, boya-başa çatdığı vətəninə həsr olunmuş bir mahnı olmalıdır: "Artıq yeni mahnımızın üzərində son hazırlıqlar gedir. Allahın köməyi ilə yeni mahnımı yeni ildə tamaşaçılara təqdim etməyi düşünürəm".

Milli.Az
















Tags:  Leyla Ramazanlı xaricdə FOTOSESSİYAya çəkildi



RƏYLƏR


Top news