Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 8-də futbol üzrə Çempionlar Liqasında dörd qrup üzrə son turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Real” (Madrid), PSJ (Fransa), “Volfsburq” (Almaniya), PSV (Hollandiya), “Benfika” (Portuqaliya), “Atletiko” (Madrid), “Yuventus” (İtaliya), “Mançester Siti” (İngiltərə) turnirin play-off mərhələsinə vəsiqə qazanıblar.
İngiltərənin “Mançester Yunayted”, Türkiyənin “Qalatasaray”, Ukraynanın “Şaxtyor” və İspaniyanın “Sevilya” klubları isə növbəti mərhələdən kənarda qalıb və mübarizəni Avropa Liqasında davam etdirəcəklər.