Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2016-cı ildə ABŞ-da neft hasilatı gündəlik 570 min barrel azalacaq

2016-cı ildə ABŞ-da neft hasilatı gündəlik 570 min barrel azalacaq

Date: 9 December 2015 15:23


Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC 
ABŞ-da xam neft hasilatının 2016-cı ildə gündəlik orta hesabla 570 min barrel azalaraq 8,76 milyon barrel olacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Hesabatda ABŞ-ın xam neft hasilatının noyabrda oktyabr ayı ilə müqayisədə gündəlik orta hesabla 60 min barrel azaldığı qeyd olunur. 2015-ci ildə isə ölkədə xam neft istehsalının gündəlik orta hesabla 9,33 milyon barrel olacağı proqnozlaşdırılır.
Bu ilin dördüncü rübündə qlobal neft ehtiyatlarının gündəlik orta hesabla 1,4 milyon barrelədək azalacağı, 2016-cı ildə isə bu rəqəmin gündəlik orta hesabla 0,4 milyon barrelə qədər aşağı düşəcəyi bildirilir.

Tags:  2016-cı ildə ABŞ-da neft hasilatı gündəlik 570 min barrel azalacaq



RƏYLƏR


Top news