Ağcabədinin Böyük Kəhrizli kəndi təbii qazla təmin olunub

Ağcabədinin Böyük Kəhrizli kəndi təbii qazla təmin olunub
15:48 9 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 9 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Böyük Kəhrizli kəndi də əlavə olunub. 138 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 867 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 8489 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər sakinləri kəndə “mavi yanacaq” verilməsi münasibətilə təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, indiyədək Ağcabədi şəhərinə, rayonun 28 kəndinə, 4 qəsəbəyə təbii qaz verilib. Hazırda rayonun Qaravəlli, Qaradolaq, Yeni Qaradolaq, Təzəkənd, Mehrablı, Bala Kəhrizli kəndlərində qaz xətlərinin çəkilişi davam edir. İlin sonunadək daha bir neçə kəndin qazlaşdırılması başa çatacaq.
Mərasimdə çıxış edən sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda məşəl alovlandırılıb, yaşayış məntəqələrinə “mavi yanacaq” verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedinin_Boyuk_Kehrizli_kendi_tebii_qazla_temin_olunub-909658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR