“Sədəf” xalq çalğı alətləri ansamblı geniş konsert proqramı ilə çıxış edəcək

“Sədəf” xalq çalğı alətləri ansamblı geniş konsert proqramı ilə çıxış edəcək
15:58 9 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı dekabrın 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində geniş konsert proqramı ilə çıxış edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə müxtəlif yaşlı solistlər iştirak edəcək. Repertuara muğam, təsnif, xalq və bəstəkar mahnıları daxildir.
Qeyd edək ki, “Sədəf” xalq çalğı alətləri ansamblı filarmoniya yarandığı ildən fəaliyyət göstərir. Ansamblda uşaqlar xalq musiqisinə daha yaxından yiyələnmək imkanına malikdirlər. Belə ki, muğamın incəliklərini, xalq və bəstəkar mahnılarının ifası və müşayiətini öyrənirlər. Ansamblın solistləri dəfələrlə beynəlxalq müsabiqə və festivallarda uğurla Azərbaycan milli musiqisini təmsil ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sedef_xalq_chalgi_aletleri_ansambli_genis_konsert_proqrami_ile_chixis_edecek-909664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR