Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Küveyt Xəbərlər Agentliyi AZƏRTAC-la əlaqələrini yüksək qiymətləndirir

Küveyt Xəbərlər Agentliyi AZƏRTAC-la əlaqələrini yüksək qiymətləndirir

Date: 9 December 2015 16:23


Bakı, 9 dekabr, AZƏRTAC
Küveyt Xəbərlər Agentliyi (KUNA) 2016-2019-cu illərdə Dünya Xәbәr Agentliklәri Konqresinə və OANA-ya sədrlik edəcək AZƏRTAC-la əlaqələrini yüksək qiymətləndirir.
Bu fikri Londonda Dünya Xәbәr Agentliklәri Konqresi Şurasının iclası çərçivəsində AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovla görüşündə KUNA-nın Baş direktoru, Әrәb Ölkәlәri Xәbәr Agentliklәri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək əd-Dueyc əs-Sabah səsləndirib.
KUNA-nın və AZƏRTAC-ın rəhbərləri 2016-cı ilin noyabrında Bakıda keçiriləcək Dünya Xəbər Agentlikləri V Konqresinin təşkilati məsələləri və gündəliyi, agentliklər arasında əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Şeyx Mübarək əd-Dueyc əs-Sabah Dünya Xәbәr Agentliklәri Konqresinə və OANA-ya sədrliyi dövründə AZƏRTAC-a uğurlar arzulayıb.
KUNA və AZƏRTAC-ın baş direktorlarının görüşü Küveyt Xəbərlər Agentliyinin internet portalında da işıqlandırılıb.


Tags:  Küveyt Xəbərlər Agentliyi AZƏRTAC-la əlaqələrini yüksək qiymətləndirir


RƏYLƏR


Top news