Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ağsuda

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ağsuda

Date: 9 December 2015 16:33


Ağsu, 9 dekabr, AZƏRTAC
İrəvan Dövlət Azərbaycan Dram Teatrı dekabrın 9-da Ağsuya gəlib.
AZƏRTAC xəbər verir ki, teatrın kollektivi şəhər mədəniyyət sarayında “Qalx ayağa, Azərbaycan!” tamaşasını nümayiş etdirib. Ümummilli liderimiz Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunan, insanlarda vətənpərvərlik ruhu aşılayan tamaşanı 300 nəfərədək sakin izləyib.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyevdir. Baş rollarda Əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov və başqaları çıxış ediblər.

Tags:  İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ağsuda


RƏYLƏR


Top news