TQDK üç fəndən test topluları nəşr etdi

TQDK üç fəndən test topluları nəşr etdi
16:37 9 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə test toplularının II hissəsi nəşr edilib

Toplularda I hissənin davmı olaraq test tapşırıqları və I və II hissələrdə verilmiş test tapşırıqlarının düzgün cavabları öz əksini tapıb.
Milli.Az modern.az-a istinadən bildirir ki, test tapşırıqları qəbul proqramlarına daxil olan mövzular üzrə və hər bir mövzu daxilində mürəkkəblik göstəricilərinə (sadə, orta, çətin) görə sıralanıb: ən sadə tapşırıqlar əvvəldə, ən mürəkkəbləri isə sonda verilib. Əvvəl çoxseçimli, sonra açıq tipli (seçim, hesablama, xronologiya, uyğunluq) tapşırıqlar təqdim olunub.

Toplularda test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. Toplular test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.

Topluları TQDK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. (Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən "Abituriyent" jurnalının satış köşkündən əldə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR