Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balakəndə bitkiçilik məhsullarının yığımı başa çatıb

Balakəndə bitkiçilik məhsullarının yığımı başa çatıb

Date: 9 December 2015 17:13


Balakən, 9 dekabr, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı başa çatıb. Bütün növ bitkiçilik məhsulları istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari ildə rayonun torpaq mülkiyyətçiləri 40 min tondan artıq dən qarğıdalı, 8 min 215 ton kartof, 22 min 620 ton tərəvəz, 3 min 282 ton bostan məhsulları istehsal ediblər. Əvvəlki illə müqayisədə qarğıdalı istehsalı 438 ton, kartof istehsalı 1081 ton, tərəvəz istehsalı 411 ton, bostan məhsulları istehsalı isə 52 ton artıb. Bu il balakənli bağbanlar meyvə bağlarından 28 min 807 ton, yəni ötən ildəkindən 263 ton çox məhsul əldə ediblər.
 

Tags:  Balakəndə bitkiçilik məhsullarının yığımı başa çatıb


RƏYLƏR


Top news