Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyəli sürücülər üçün müddət uzadıldı

Türkiyəli sürücülər üçün müddət uzadıldı

Date: 9 December 2015 18:22

Azərbaycan Türkiyədən olan avtobus və iritonnajlı avtomobillərin sürücüləri üçün multivizanın qüvvədə olma müddətini 1 il uzadıb.

Bunu Trend-ə Türkiyə hökumətindən deyiblər.

Öz növbəsində, Türkiyə Azərbaycandan avtobus və iritonnajlı avtomobillərin ölkə ərazisində mütəmadi qalma müddətini 30 gündən 90 günədək uzadıb.

TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev Trend-ə bildirib ki, iki ölkə arasında tranzit daşımalarının böyük həcmi nəzərə alınsa, bu, aktual qərardır: "Azərbaycanın iritonnajlı avotmobillərinin Türkiyədə uzun müddət qalması və geriyə qayıdarkən malların yüklənilməsi üçün imkanları olması məqsədilə Türkiyə qarşısında dəfələrlə bu məsələni qaldırmışıq. Hazırda bunu Türkiyədə az qalma müddətinə görə etmək problem yaradır".

Milli.Az


Tags:  Türkiyəli sürücülər müddət uzadıldı


RƏYLƏR


Top news