Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq
18:23 9 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə E, F, G və H qruplarında keçiriləcək səkkiz qarşılaşma ilə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, VI turun ikinci oyun günündə səkkizdəbir final mərhələsinə adlayan son beş klubun adı müəyyənləşəcək.
E qrupunda növbəti mərhələyə vəsiqəni artıq təmin etmiş "Barselona" klubu (İspaniya) Leverkuzendə "Bayer"in (Almaniya) qonağı olacaq. Qrupun digər matçında "Roma" (İtaliya) BATE-ni (Belarus) qəbul edəcək. Bu qarşılaşmanın qalibi ikinci pillənin sahibi kimi qitənin ən nüfuzlu klub turnirində yoluna davam edəcək. "Bayer" kataloniyalılarla görüşdə xal itirəcəyi təqdirdə, "Roma" heç-heçə ilə də səkkizdəbir finalçılarının sırasına arasına qoşula biləcək. BATE isə UEFA Avropa Liqasında mübarizəni davam etdirmək üçün səfərdən mütləq qələbə ilə dönməlidir.
F qrupunda “Bavariya” (Almaniya) növbəti mərhələyə vəsiqə ilə yanaşı, eyni zamanda qrup liderliyini də təmin edib. Qrupda ikincilik məsələsinə “Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə) oyunu aydınlıq gətirəcək. Yunanlar buna daha yaxın olsa da, rəqibindən üç xal geri qalan “topçular”ın da minimal şansa malikdir. Bunun üçün İngiltərə komandası səfər oyununda “Olimpiakos”dan iki top fərqlə üstün olmalıdır. “Dinamo” (Zaqreb) üçün isə “Bavariya” ilə oyun formal xarakter daşıyır.
G qrupunda “Çelsi” (London) - “Porto” və “Dinamo” (Kiyev) – “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gələcək. Bu qrupda üç klubun səkkizdəbir finala yüksəlmək şansı var. “Çelsi” – “Porto” matçının qalibi qrup birincisi kimi adını növbəti mərhələyə yazdıracaq. “Dinamo” “Makkabi” ilə görüşdə xal itirsə, Avropa Liqasına yollanacaq.
H qrupunda “Gent” (Belçika) - “Zenit” (Rusiya), “Valensiya” (İspaniya) - “Lion” (Fransa) ilə qarşılaşacaq. “Zenit” qrup birinciliyini təmin edib. “Valensiya” ilə müqayisədə “Gent” növbəti mərhələyə adlamağa daha yaxındı. Belə ki, belçikalılar “Zenit”ə qalib gəlməklə qrupdakı digər oyunun nəticəsindən asılı olmayaraq turnirdə mübarizəni davam etdirəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_gun_UEFA_CHempionlar_Liqasinda_qrup_merhelesine_yekun_vurulacaq-909748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR