Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniyanın “SAP SE” şirkəti Azərbaycanda nümayəndəliyini açacaq

Almaniyanın “SAP SE” şirkəti Azərbaycanda nümayəndəliyini açacaq

Date: 9 December 2015 18:43


Bakı, 9 dekabr, AZƏRTAC
Dünyanın aparıcı informasiya texnologiyaları şirkətlərindən biri olan Almaniyanın “SAP SE” şirkəti gələn ilin fevral ayında Azərbaycanda rəsmi nümayəndəliyini açacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə nümayəndəliyinin açılması ilə şirkət yerli bazarda iştirakını genişləndirmək niyyətindədir.
"SAP SE" korporativ sektor üçün nəzərdə tutulmuş proqram təminatı və servislər tərtibatçısıdır. Şirkətin dünyanın 130-dan yuxarı ölkəsində nümayəndəlikləri mövcuddur. Şirkət biznesin idarəetməsi əlavələri, məlumat bazalarının və texnologiyaların idarəetməsi, mobil, bulud texnologiyaları, biznes proseslərin təhlili kimi geniş çeşidli xidmətlər və məhsullar təqdim edir.

Tags:  Almaniyanın SAP SE şirkəti Azərbaycanda nümayəndəliyini açacaq


RƏYLƏR


Top news