Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tofiq Bakıxanovun 85 illiyinə hər olunmuş kamera konserti

Tofiq Bakıxanovun 85 illiyinə hər olunmuş kamera konserti

Date: 9 December 2015 18:48


Bakı, 9 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli Tofiq Bakıxanovun 85 illiyinə hər olunmuş musiqi festivalı çərçivəsində kamera konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığından söz açıb. O bildirib ki, Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında bəstəkarın əvəzsiz xidmətləri vardır.
Diqqətə çatdırılıb ki, 1930-cu ildə Xalq Artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. İstər gəncliyində, istərsə də ömrünün ixtiyar çağlarında musiqimizi dünyanın bir çox ölkələrində təbliğ edib. Hələ erkən gənclik illərində skripka ifaçısı kimi də tanınan böyük sənətkar yorulmadan bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Konsertdə bəstəkarın “Dünya durduqca yaşa”, “Türk sonatası”, “Uca dağ başında” və digər musiqi əsərləri səsləndirilib.

Tags:  Tofiq Bakıxanovun 85 illiyinə hər olunmuş kamera konserti


RƏYLƏR


Top news