Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi konfrans

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi konfrans

Date: 9 December 2015 19:13


Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda dahi rəhbər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin irsi və müasir fəlsəfənin çağırışları” mövzusunda elmi konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda bu elm müəssisəsinin direktoru, professor İlham Məmmədzadə görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb, Ulu Öndərin siyasi irsinin dərindən öyrənilməsinin həm ölkəmizdə, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, professor Bəhram Zahidovun “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda məruzəsi dinlənilib.
Digər çıxış edənlər də dahi şəxsiyyət Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında əvəzsiz rolundan danışıblar.

Tags:  Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi konfrans


RƏYLƏR


Top news