Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başladı

Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başladı

Date: 9 December 2015 19:57

Kənd Təsərrüfatı Nazirliyinin qiymət informasiya portalı www.azagro.net 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası olaraq tam fəaliyyət göstərir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, avqust ayından etibarən test rejimində fəaliyyət göstərən məlumat bazası dekabrın 1-dən Bakı şəhəri ilə yanaşı, regionlarda da fəaliyyət göstərən 19 pərakəndə, 5 topdan satış bazarından gündəlik olaraq toplanan məlumatlar əsasında yenilənir. Məlumat bazasına nazirliyin internet səhifəsi vasitəsilə də daxil olmaq olar.

Növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd təsərrüfatı məhsulları üzrə qiymətləri, habelə fermerlərin sahədən satış qiymətlərini özündə əks etdirəcək.

Milli.Az


Tags:  Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başladı


RƏYLƏR


Top news