Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qatarların hərəkət qrafiki dəyişdi - FOTO

Qatarların hərəkət qrafiki dəyişdi - FOTO

Date: 9 December 2015 20:57

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik edib. 

Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları"nda beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarları 13 dekabr 2015-ci ildən etibarən yeni təsdiq olunan cədvəl üzrə hərəkət edəcək.  Bu, 2016-cı il üçün sərnişin qatarlarınnın yeni hərəkət cədvəlinə keçməsi ilə əlaqədardır.  

"Dəmir Yolları" QSC-nin Mətbuat Katibliynin rəisi Nadir Əzməmmədov dəyişikliklər barədə geniş məlumat verib. Onun sözlərinə görə, Bakı-Moskva-Bakı sürət qatarı həftədə bir dəfə IV günlər hərəkət edəcək. Nadir Əzməmmədov, həmçinin bildirdi ki, Bakı-Xarkov-Bakı sərnişin qatarı qış və yay mövsümü olmaqla fərqli marşutlar üzrə hərəkət edəcək.

Qış mövsümündə dörd gündən bir, ayın tarixləri ilə Bakı-Mineralnye Vodı-Rostov-Valuyki-Topoli-Xarkov marşrutu ilə, yay mövsümündə isə həftədə iki dəfə II və VI günləri, Bakı-Həştərxan-Volqoqrad-Valuyki-Topoli-Xarkov marşrutu ilə hərəkət edəcək. Qurum rəsmisinin sözlərinə görə, yerli istiqamətdə hərəkət edən qatarların qarfikində elə bir dəyişiklik nəzərə çarpmır. Nəqliyyat vasitəsi kimi qatarlardan istifadə edən sərnişinlərə isə tövsiyə olunur ki, vaxtında mənzil başına çatmaları üçün yeni qrafiklərə əməl etsinlər.

Milli.Az


Tags:  Qatarların hərəkət qrafiki dəyişdi FOTO


RƏYLƏR


Top news