Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Roman Qriqorçuk: Komandamız “Krasnodar” klubu ilə oyuna yaxşı hazırlaşıb

Roman Qriqorçuk: Komandamız “Krasnodar” klubu ilə oyuna yaxşı hazırlaşıb

Date: 9 December 2015 22:03


Bakı, 9 dekabr, Elşad Qəzvini, AZƏRTAC
Sabahkı oyuna nə qədər azarkeşin gələcəyini bilməsəm də, bizə indiyədək dəstək olan hər kəsə təşəkkür edirəm. Biz də onları sevindirmək üçün səylərimizi əsirgəməyəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqası qrup mərhələsinin sonuncu turu çərçivəsində “Qəbələ” – “Krasnodar” matçı ərəfəsində təşkil edilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
“Bu görüş daha çox “Krasnodar” üçün önəmlidir. Çünki rəqibimiz qrup mərhələsini lider kimi başa vurmaq istəyir. İstənilən halda, bu qarşılaşma bizim üçün təcrübə baxımından da əhəmiyyət kəsb edir. “Krasnodar” yüksək səviyyəli komandadır. Bununla belə, sabah gücümüzü səfərbər edərək, meydançaya qələbə əzmi ilə çıxacağıq” - deyə “Qəbələ”nin baş məşqçisi vurğulayıb.
Ukraynalı mütəxəssis daha sonra deyib ki, komanda bu oyuna yaxşı hazırlaşıb. Heyətdə bacarıqlı futbolçular var və “Qəbələ” qalib gəlmək üçün öz imkanlarından maksimum istifadə etməyə çalışacaq.
Xatırladaq ki, “Qəbələ” – “Krasnodar” görüşü dekabrın 10-da saat 22:00-da “Bakcell Arena”da start götürəcək.

Tags:  Roman Qriqorçuk Komandamız Krasnodar klubu oyuna hazırlaşıb



RƏYLƏR


Top news