“Azercell” “Hədsiz” tarif paketində yenilik edib

“Azercell” “Hədsiz” tarif paketində yenilik edib
01:13 10 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
“Azercell Telekom” MMC Yeni il ərəfəsində “Hədsiz” tarifinin istifadəçiləri üçün internet paketlərində yenilik təqdim edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu tarif paketlərindən istifadə edən abunəçilər bundan sonra xüsusi təkrarlanmayan internet paketləri sifariş edə biləcəklər. Yenilikdən yararlanmaq üçün 2525-ə müvafiq acar sözü göndərilməlidir. Bununla yanaşı istifadəçilər təkrarlanan “Limitsiz” paketini mövcud olan qaydalara uyğun olaraq ala bilərlər.
Qeyd edək ki, “Hədsiz” tarif paketi çərçivəsində verilən internet balansı bitdikdə hər əlavə 1 meqabayt internetin həcminə 7 qəpik (ƏDV daxil) tarifikasiya tədbiq ediləcək. Əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Təkrarlanmayan aylıq internet paketlərindən imtina etmək üçün abunəçi 2525-ə “STOPX” göndərilməlidir. İstifadəçilər hər faktura dövrü ərzində müəyyən tarixlərdə tarif çərçivəsində verilən internet balansını əks etdirən məlumat xarakterli SMS də alacaqlar.
Abunəçilər “Hədsiz” tarif paketinə qoşulmaq üçün “Azercell” Müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercell_Hedsiz_tarif_paketinde_yenilik_edib-909872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR