Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ulu Öndərin mənalı ömrü Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir

Zakir Həsənov ÖN CƏBHƏDƏ - FOTOLAR (24 Mart 2017 15:13)
Müdafiə naziri ön xətdə (24 Mart 2017 15:13)
Zakir Həsənov ön xətdəki bölmələri yoxlayıb - FOTO (24 Mart 2017 14:24)

Tarix: 10 Dekabr 2015 06:43


Balakən, 10 dekabr, AZƏRTAC
Bütün mənalı ömrünü xalqına həsr edən ümummilli lider Heydər Əliyevin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ulu Öndərin vəfatının on ikinci ildönümü ilə əlaqədar Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Ürəklərdə əbədi yaşayan dahi” mövzusunda “dəyirmi masa”da səsləndirilib.
Mədəniyyət işçilərinin, ziyalıların, ağsaqqal və gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər dahi şəxsiyyət və müdrik rəhbər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki əvəzsiz rolu və misilsiz xidmətləri barədə danışıb, onun çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunublar. Bildirilib ki, xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər Ulu Öndərə qəlblərdə əbədi yaşamaq səadəti qazandırıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu andan on iki il ötsə də, onun yoxluğu ilə heç cür barışmaq mümkün deyildir. Əslində, ötən hər bir gün bu tarixi şəxsiyyəti xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.

Teqlər:  Ulu Öndərin mənalı ömrü Vətənə xalqa sədaqətlə xidmət etmək nümunəsidir



RƏYLƏR


Top xəbərlər