Rusiyadan gələn yeni təhlükə

Rusiyadan gələn yeni təhlükə
08:05 10 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Qarşıdan gələn 2016-cı ildə Rusiyanın əksər regionları maliyyə böhranı və defolt riski ilə üzləşəcək. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, beynəlxalq reytinq agentliyi "Standard & Poor's" (S&P) gələn il üçün Rusiya regionlarının 86 faizi üçün mənfi proqnoz verib. Qalan 14 faiz region üçün isə proqnozlar sabit olub, agentlik heç bir region üçün müsbət proqnoz verməyib.

Agentliyin məlumatına görə, regionların tələbini nə federal büdcə, nə də bank sistemi qarşılaya bilməyəcək. Son üç ildə bank sisteminin verdiyi kreditlər ildən ilə 25 faiz artıb. "Standard & Poor's"un proqnozuna görə, Rusiya regionlarının büdcəsinin ümumi kəsiri 2018-ci ilə kimi iki dəfə artacaq və 10 faizə çatacaq. 

S&P bildirir ki, regionlar zəif iqtisadi artım və korporativ seqmentdə gəlirlərin azalmasından əziyyət çəkəcək. Bu isə əhalinin gəlirlərinin azalması ilə nəticələnək. Nəticədə, əmək miqrantları tərəfindən bu ölkədən Azərbaycana göndərilən vəsaitlərin daha da azalacağını proqnozlaşdırmağa imkan verir. 

Rusiyada çalışan əmək miqrantlarının göndərdiyi vəsaitlər ölkəyə göndərilən pul köçürmələrinin əsas hissəsini təşkil edir. Bu il Azərbaycana gələn pul köçürmələrinin həcmində əhəmiyyətli dərəcədə azalma olub və belə çıxır ki, bu meyl qarşıdan gələn illərdə də davam edəcək. 

Son üç ildə Azərbaycana daxil olan pul baratları, mln.$

Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin 9 ayı üzrə pul siyasəti barədə icmalında bildirilir ki, Bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana daxil olan pul köçürmələri ötən ilin müvafiq dövrünə baxanda 31,9% azalaraq 863 milyon dollara bərabər olub. 2014-cü ilin yanvar - sentyabr aylarında ölkəyə 1 milyard 267 milyon manat vəsait daxil olmuşdu. 

İqtisad Universitetinin professoru Zahid Məmmədov bu azalmanın Azərbaycan əhalisinin maddi durumuna elə bir ciddi təsir göstərməyəcəyini vurğulayır. "MDB məkanında Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistan kimi ölkələrin həyatında Rusiyadan gələn transfertlər böyük rol oynayır. Amma Azərbaycan üçün bunun elə də əhəmiyyəti yoxdur. Ona görə də narahat olmağa dəyməz",- deyə Zahid Məmmədov bildirib. 

İqtisadçı ekspertin dediklərini Dövlət Statistika Komitəsinin məlumatları da təsdiq edib. Statistikaya görə, 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 30,12 milyard manat olub. Göründüyü kimi, bu ilin ilk doqquz ayında xaricdən pul köçürmələri əhalinin ümumi gəlirlərinin yalnız 2,8% faizini təşkil edib. Halbuki, professorun sadaladağı ölkələrin bəzilərində bu göstərici 40%-ə qədər çatır.

Zahid Məmmədovun sözlərinə görə, Rusiyadan gələn pul köçürmələrin müəyyən hissəsi əslində Azərbaycan əhalisinin güzəranının pisləşməsinə səbəb olur: "Bir çox əmək miqrantları vəsaitləri əmlak bazarınına yönəldirlər ki, bu həmin bazarda qiymətlərin şişməsinə səbəb olur. Nəticədə, sadə vətəndaşlar mənzil ala bilmirlər. Həmin evlər çox vaxt sadəcə prestij üçün alınır - nə kirayəyə verirlər, nə özləri qalırlar. Sadəcə, bayramdan bayrama gələrək şəkil çəkdirirlər". 

Professor həmin vəsaitləri əmlakdan çox kiçik və orta sahibkarlıq (KOS) obyektlərinə yatırmağı daha məqsədə uyğun sayır: "Həmin vəsaitləri ictimai-iaşə sektoruna yönəltmək olar. Azərbaycan paytaxtında normal yemək verən ucuz yeməkxanalar şəbəkəsi yoxdur, yeganə alternativ bahalı restoranlardır. Halbuki, azərbaycanlılar bu sahədə Rusiyada böyük uğurlar qazanıblar. Məsələn, Sankt-Peterburqda şərurlu Səfiyar deyilən bir azərbaycanlı iri yeməkxana şəbəkəsi qurub. Belə adamları Bakıya da dəvət eləmək olar. İlk olaraq məktəblərin və universitetlərin yeməkxanalarını belə adamlara həvalə etmək lazımdır". 

Miqrant köçürmələrinin ölkənin iqtisadi inkişafa səbəb olması üzrə Türkiyənin çox gözəl örnəyi var. Türkiyənin orta səviyyəli biznesində uğur qazananların əksəriyyəti vaxtı ilə Almaniyada əmək miqrantı olmuş adamlardır. Bu ölkədə bir çox nəqliyyat, yeyinti, toxuculuq və iaşə müəssisələri məhz əmək miqrantlarının vəsaitləri ilə qurulub. Azərbaycan da Rusiyadan gələn pulları bu istiqamətə yönəltmək barədə düşünməlidirlər.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan şirkətləri Yaltadakı forumda iştirak edəcək? - AÇIQLAMA

26 Aprel 2017 19:52

Krım sahillərində faşist gəmisi tapıldı

26 Aprel 2017 19:48

Azərbaycan musqiçiləri Beynəlxalq Mahnı Festivalına qatılacaqlar

26 Aprel 2017 19:47

Həqiqət ortaya çıxdı - Tapılan tabutdakı rus generalıdır? - FOTO

26 Aprel 2017 19:42

Hitler ordusu tərəfindən qarət edilmiş XƏZİNƏ TAPILDI - VİDEO

26 Aprel 2017 19:42

“Real”dan 100 milyonluq təklif

26 Aprel 2017 19:39

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilib -

26 Aprel 2017 19:39

İslamiadanın açılış mərasimi V yarış gününə təsadüf edəcək

26 Aprel 2017 19:37

Külək libasını qaldırdı, yağış isə islatdı - FOTO

26 Aprel 2017 19:37

İspaniya Futbol Liqasının prezidenti: "Messinin 3-cü qolu əhvalımı lap korladı"

26 Aprel 2017 19:32

Azərbaycanlı aparıcı toyda elə geyindi ki... - FOTO

26 Aprel 2017 19:27

Neft hasilatçısı olan ölkələrdə iqtisadi artım maliyyə sabitliyinə qurban veriləcək

26 Aprel 2017 19:27

"Fransa Minsk Qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir"

26 Aprel 2017 19:22

Lerikdə qar kənd təsərrüfatına ciddi ziyan vurub

26 Aprel 2017 19:22

Mərc oyunlarına proqnoz verən futbolçuya 18 aylıq cəza

26 Aprel 2017 19:17

Seçki öncəsi ŞOK! -

26 Aprel 2017 19:17

Evlilik proqramındakı qızı qaçırtdılar? - FOTO

26 Aprel 2017 19:12

Xarici İşlər Nazirliyində Azərbaycan və Fransa arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

26 Aprel 2017 19:07

Abituriyentlərdən BİABIRÇI NƏTİCƏ - 55,4 faizi 200-dən az bal topladı

26 Aprel 2017 19:05

Antarktidadakı donmayan “Qanlı şəlalə”nin SİRRİ

26 Aprel 2017 19:03

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib

26 Aprel 2017 19:02

Şəkidə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans təşkil olunub

26 Aprel 2017 19:02

İlham Əliyev Niderland Kralı və CAR prezidentini təbrik etdi

26 Aprel 2017 18:59

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" ansamblının konserti - FOTO

26 Aprel 2017 18:57

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər HƏBSDƏ QALDI

26 Aprel 2017 18:54

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26 Aprel 2017 18:52

BSU-nun professor-müəllim heyəti DTX-da “Şöhrət” muzeyini ziyarət edib

26 Aprel 2017 18:47

Gəncə sakininin üzərindən qatar keçdi

26 Aprel 2017 18:44

"Atama heç vaxt "səni çox istəyirəm" deyə bilmədim" - Məşhur müğənnidən ACI ETİRAF

26 Aprel 2017 18:42

BU DA OLDU: itin cinsi dəyişdirildi

26 Aprel 2017 18:38

Messiyə qarşı PLAN: "Meydana qandal və silahla çıxın"

26 Aprel 2017 18:37

Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb

26 Aprel 2017 18:37

“Wemogee” proqramı nitq qüsurlu insanlara kömək edəcək

26 Aprel 2017 18:35

Üzeyir Mehdizadə bu ölkələrdə tanınacaq: "Məqsədim budur" - VİDEO

26 Aprel 2017 18:34

Fransalı diplomat: "Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirik"

26 Aprel 2017 18:32

"Rza Zərrab atamın oğlu deyil, lakin..."

26 Aprel 2017 18:28

Qəbul imtahanlarında daha çox rast gəlinən QAYDA POZUNTULARI

26 Aprel 2017 18:27

Naxçıvan-da kikboksinq turniri

26 Aprel 2017 18:27

“Bu, yalnız referendum yolu ilə mümkündür” – AKTUAL ŞƏRH

26 Aprel 2017 18:24

Nuri Sərinləndiricinin MAHNISI ERMƏNİ DİLİNDƏ - VİDEO

26 Aprel 2017 18:23

Rusiya ekstremist elan edilən təriqət Bakıda nə axtarır?.. - FOTO

26 Aprel 2017 18:22

Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək

26 Aprel 2017 18:19

Məşhur aktyor qaydaları pozdu - FOTO

26 Aprel 2017 18:17

Ötən il Bakıda keçirilən buraxılış imtahanlarında məzunların 8,51 %-i Ana dili fənnindən “2” alıb

26 Aprel 2017 18:12

Prezident İlham Əliyev Niderland kralını təbrik edib

26 Aprel 2017 18:12

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

26 Aprel 2017 18:12

Qərb siyasəti: liberalizmlə populizm arasında

26 Aprel 2017 18:12

Gəncə sakininin ÜSTÜNDƏN QATAR KEÇDİ

26 Aprel 2017 18:12

Bu oğlan 160 yaşlı qocanın bədənində yaşayır

26 Aprel 2017 18:10

Sürücülərə xəbərdarlıq: 22:00-dan ETİBARƏN...

26 Aprel 2017 18:08