Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstanda azərbaycanlılar neftçilərin xatirəsini yad edib (VİDEO)

Gürcüstanda azərbaycanlılar neftçilərin xatirəsini yad edib (VİDEO)

Date: 10 December 2015 08:11

Gürcüstanda təhsil alan azərbaycanlı gənclər və yerli soydaşlarımız “Günəşli” yatağında baş verən faciədə həyatını itirən insanların xatirəsini yad etdilər.

Bir qrup insan “SOCAR-Georgia”nın Tiflisdə yerləşən baş ofisinin önünə gələrək hadisə qurbanlarının və onların doğmalarının yanında olduqlarını göstərməyə çalışdılar.

Əllərində Azərbaycana, hadisədə yaxınlarını itirən insanlara dəstək şüarları yazılmış plakatlar tutan gənclər binanın qarşısına qərənfillər düzdulər.

“Biz bərabərik, demək istəyirik. Bilirik ki, Gürcüstan dövləti də Azərbaycan dövlətinin yanındadı. Bununla fəxr edirik”, – deyə təşkilatçı Əli Bədirov bildirib.

“SOCAR-Georgia”nın rəhbərliyi də belə ağır gündə neftçilərlə birlik nümayiş etdirən soydaşlarımıza minnətdarlığını bildirdi.


Tags:  Gürcüstanda azərbaycanlılar neftçilərin xatirəsini yad edib VİDEO


RƏYLƏR


Top news