İŞİD silahlarını göstərdi - FOTO

İŞİD silahlarını göstərdi - FOTO
10:27 10 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük və ən təhlükəli terror təşkilatı olan "İraq və Şam İslam Dövləti" (İŞİD) "hərbi qüdrət"ini göstərmək üçün yeni videolar yayıb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, videolarda İŞİD terrorçularının döyüşlərdə istifadə etdikləri tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, zenit-raket kompleksləri, iriçaplı pulemyotlar və s. nümayiş olunur.
Ekspertlərin dediyinə görə, həmin silah və hərbi texnikaya İŞİD İraqdakı əraziləri ələ keçirəndən sonra yiyələnib. Silahlar İraq ordusu və polisinə məxsusdur.
"Taking Stock: The Arming of Islamic State" adlı 44 səhifəlik hesabatda bildirilir ki, İŞİD terrorçuları 20-dən artıq ölkədə istehsal olunmuş silah və hərbi texnikadan istifadə edirlər. Həmin ölkələr arasında əsas yerləri Britaniya, Rusiya, ABŞ, Almaniya, Fransa və Çin tutur.
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR