Beren Saat və Kənan Doğulu cütlüyü St.Regist otelindəki gözəllik salonunun açılış mərasimində iştirak ediblər.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, aktrisa Kösemin yetkinlik dövrünü canlandıracağı "Möhtəşəm Yüzyıl Kösem" serialına nəzərdə tutulduğu vaxtdan tez qatılacaq. Beren "ssenaristlər bir sürpriz hazırlayıblar, tezliklə seriala daxil olacağam" xəbərini verib. Gecədə "Aşk-ı memnu" serialında anası obrazını canlandıran aktrisa Nebahat Çehre ilə qarşılaşan Beren onunla bol-bol söhbət edib.
Milli.Az

