AMEA-nın inkişafının böyük bir mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

11:28 10 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Pərvanə İmanova, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. AMEA-nın inkişafının böyük bir mərhələsi Ulu Öndərin adı ilə birbaşa bağlıdır. Akademiyada Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli-mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların da aparılmasında görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə akademiyanın mühüm elmi problemlərinin həllində, alimlərin mükafatlandırılmasında, onların dünya elminin ön sıralarında mövqe tutmasında, elmin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmi işçilərin rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb.
Konfransda AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışıb.
Akademik İ.Həbibbəyli görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləyib, Ulu Öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr”, “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev və natiqlik sənəti”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” və digər mövzularda məruzələr dinlənilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_nin_inkisafinin_boyuk_bir_merhelesi_ulu_onder_Heyder_Aliyevin_adi_ile_baglidir-909909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR