Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı qızıl medala layiq görülüb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı qızıl medala layiq görülüb

Date: 10 December 2015 13:23


Bakı, 10 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun intellektual sistemlər laboratoriyasının rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Gülçin Abdullayeva “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, G.Abdullayeva bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, diaqnostika, monitorinq, intellektual informasiya sistemlərinin işlənməsi, xalq təsərrüfatının müxtəlif sahələrindəki uğurlu tədqiqatlarına və geologiya tarixində göstərdiyi əvəzsiz xidmətlərə görə layiq görülüb.
 

Tags:  AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı qızıl medala layiq görülüb


RƏYLƏR


Top news