Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İndiyədək Şəkidə 429 sahibkara 28,1 milyon manat güzəştli kredit verilib

İndiyədək Şəkidə 429 sahibkara 28,1 milyon manat güzəştli kredit verilib

Date: 10 December 2015 14:18


Bakı, 10 dekabr, AZƏRTAC
İndiyədək Şəki rayonunda fəaliyyət göstərən 429 sahibkara 28,1 milyon manat güzəştli kredit verilib. Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1914 investisiya layihəsinin maliyyələşdirilməsinə isə 96,5 milyon manat güzəştli kredit ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
İcraçı direktor qeyd edib ki, digər sahələrlə yanaşı Şəki-Zaqatala iqtisadi rayonunda müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8 min 700-ə yaxın yeni iş yeri açılıb.


Tags:  İndiyədək Şəkidə 429 sahibkara 28 milyon manat güzəştli kredit verilib


RƏYLƏR


Top news