Azərbaycandan qovulanların sayı AÇIQLANDI

Azərbaycandan qovulanların sayı AÇIQLANDI
14:27 10 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 2015-ci ilin noyabr ayı ərzində 1848 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə DMX-dən məlumat verilib.
Onlardan 12-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 142 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1301 əcnəbinin ölkə ərazisini 48 saat ərzində tərk etmələri, 393 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8276 müraciət daxil olub.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 40 867 əcnəbinin müraciəti qeydə alınıb.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR