Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qarabağ” klubu “Konstant Vanden Stok” stadionunda məşqə çıxıb

“Qarabağ” klubu “Konstant Vanden Stok” stadionunda məşqə çıxıb

Date: 10 December 2015 15:28


Bakı, 10 dekabr, AZƏRTAC
Bu gün Ağdamın “Qarabağ” futbol klubu Brüsseldəki “Konstant Vanden Stok” stadionunda məşqə çıxıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Avropa Liqası yarışlarının qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə Belçikanın “Anderlext” komandası ilə qarşılaşacaq “Qarabağ” 1 saat məşq etdikdən sonra oyunun hazırlığını başa vurub.
Qeyd edək ki, oyun sloveniyalı hakim Slavko Vinçiçə tapşırılıb. Ona həmyerliləri Bojan Ul və Tomas Klançnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək.
“Anderlext”-“Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.




Tags:  Qarabağ klubu Konstant Vanden Stok stadionunda məşqə çıxıb



RƏYLƏR


Top news