İrəvanda yürüş başlayıb (FOTO)

İrəvanda yürüş başlayıb (FOTO)
15:41 10 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın paytaxtı İrəvanda insan hüquqlarının müdafiəsinə həsr edilmiş illik yürüş keçirilir.

ANS PRESS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, yürüş mitinqi Azadlıq meydanında təşkil edilib.

Yürüşə konstitusiya islahatlarına qarşı çıxan "Yeni Ermənistan" milli qurtuluş cəbhəsi, "Miras" partiyası və digər müxalif qruplar da qoşulub.

Etiraz aksiyasının iştirakçıları Ermənistanın Mərkəzi Seçki Komissiyasının seçicilərin hüquqlarını pozduğunu bildirirlər. Erməni Milli Komitəsinin liderlərindən biri olan Levon Zurabyan isə referendumun keçirildiyi 6 dekabr tarixini sistem zorakılığı günü adlandırıb.

Yürüş iştirakçıları ölkədə siyasi məhbusların olduğunu bildiriblər. Partiya liderləri hakimiyyətin tezliklə dəyişdirilməyə ehtiyacının yarandığını deyirlər.



İrəvanda təşkil edilən yürüş

Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı keçirilən seçkilərdən sonra yenidən mitinqlər başlayıb.Referendumun nəticələrinə görə, ölkə əhalisinin 50,5%-i seçkilərdə iştirak edib. 75%-ə ölkə sakini islahatlara hə deyib.

Ermənistanda keçirilən referendumda səsvermə başa çatandan sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb. Əvvəlcə paytaxtın Azadlıq meydanında mitinq keçirilib. Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub. Mitinqdə çıxış edən “İrs” Partiyasının lideri Raffi Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb.



Onun sözlərinə görə, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar. O, hüquq-mühafizə orqanlarına müraciət edərək referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib.

Sarkisyan istəyinə çatdı

Ermənistanda referendum başa çatdı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR