Mobil şəbəkə ilə bağlı “Bakcell”ə müraciətlərin sayı 61 faiz azalıb

Mobil şəbəkə ilə bağlı “Bakcell”ə müraciətlərin sayı 61 faiz azalıb
16:08 10 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Bakcell” öz şəbəkəsini daha da təkmilləşdirmək üçün son illər bir sıra böyük layihələr həyata keçirib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu layihələr çərçivəsində tətbiq olunan işlər nəticəsində daha geniş əhatə dairəsinə və daha yüksək ötürmə qabiliyyətinə malik etibarlı şəbəkə qurulub. Ötən illə müqayisədə şəbəkə ilə bağlı müraciətlərin sayı 61 faiz, internetlə bağlı isə 72 faiz azalıb.
“Məlumat mərkəzinə daxil olan zənglərin azalması bir daha şirkətin qabaqcıl şəbəkəyə malik olmasını sübuta yetirir. Biz abunəçilərimizi daha üstün şəbəkə və müştəri təcrübəsi ilə təmin etmək üçün bütün səylərimizi birləşdiririk. Əminik ki, şirkətimizin şəbəkənin təkmilləşdirilməsi istiqamətində apardığı işlər davam etdiriləcək”, - deyə “Bakcell”in müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu bildirib.
Qeyd edək ki, son iki ildə şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək, xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100 faiz artırıb. Bu, şəbəkənin ötürücülük qabiliyyətini 72 faiz gücləndirib. Kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək və müştəri təcrübəsini yüksəltmək üçün baza stansiyalarının sayı artırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mobil_sebeke_ile_bagli_Bakcelle_muracietlerin_sayi_61_faiz_azalib-910018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR