Portuqaliyanın yeni hökuməti minimum əmək haqqı ilə bağlı planını açıqlayıb

Portuqaliyanın yeni hökuməti minimum əmək haqqı ilə bağlı planını açıqlayıb
16:13 10 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Lissabon, 10 dekabr, AZƏRTAC 
Portuqaliyanın sosialistlər tərəfindən qurulmuş yeni hökuməti ölkədə minimum əmək haqının artırılması barədə planını açıqlayıb. Antonio Kostanın rəhbərliyi altında hökumət 2019-cu ilədək bu rəqəmi 600 avroya çatdırmaq niyyətindədir.
Hazırda 505 avro olan minimum əmək haqqının 2016-cı ildən 530 avro müəyyənləşdiriləcəyi nəzərdə tutulub.
Xatırladaq ki, Portuqaliya Avropa İttifaqında minimum əmək haqqı məbləğinə görə Polşa, Slovakiya, Litva kimi ölkələrdən öndə olsa da, Qərbi Avropada ən aşağı göstəriciyə malikdir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Portuqaliyanin_yeni_hokumeti_minimum_emek_haqqi_ile_bagli_planini_achiqlayib-910022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR